Reklam

Reklam

img2004364Fransanın xarici işlər naziri Loran Fabius istefa verib.

Məlumata görə, Fransa prezidenti Fransua Olland onu əvəz edəcək şəxsin adını bu gün açıqlayacaq.

Xəbərə əsasən, Loran Fabius Fransa Konstitusiya Məhkəməsinin sədr təyin ediləcək.
Qeyd edək ki, ötən ayın sonunda müstəntiqlər Loran Fabiusun oğlu Tom Fabiusu dələduzluq və çirkli pulların yuyulması işi ilə bağlı dindirib.

Söhbət 2013-cü ildə yüksək vəzifəli diplomatın oğlunun gəlir mənbələrini müəyyən etmək məqsədilə açılan cinayət işindən gedir. Müstəntiqləri xüsusi olaraq Tom Fabiusa məxsus olan və 2012-ci ildə 7 milyon avroya alınan Parisdəki mənzil maraqlandırıb.
Bu işlə bağlı fransalı nazirin oğlu dekabr ayının ortalarında 12 saat müddətinə həbs olunub.(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."