!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici ölkələrdə istehsal olunan FİLMLƏR: "Dini mövzuda subliminal mesajların verilməsi geniş yayılıb"

!Reklam – Yazi

“Sosial media platformalarında təbliğat və təşviqat elementlərinin qurulmasının şahidi oluruq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Dini mövzuda başlıca manipulyativ istiqamətlər və media” mövzusunda etdiyi məruzəsinda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O qeyd edib ki, xarici ölkələrdə istehsal olunan filmlərdə dini mövzuda subliminal mesajların verilməsi geniş yayılıb:

“Bu kimi məqamlar çox ciddidir. Eyni zamanda, musiqi və ya musiqi adında təqdim edilən kontentlərdə də buna rast gəlinir. Professional media məhsulları kifayət qədər təsir gücünə malikdir və bundan təbliğat vasitəsi kimi istifadə olunur.

Qeyd etmək lazımdır ki, sosial media platformalarında təbliğat və təşviqat elementlərinin qurulmasının şahidi oluruq. Buna diqqət etmişəm, “Facebook”da dini manipulyasiyalar yazılı, “Instagram”da videolar şəklində həyata keçirilir. Hər bir platformada özünə uyğun şəkildə istifadə edilir”.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv