!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici ticarət dövriyyəsində müsbət saldo azaldı

!Reklam – Yazi

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Yenicag.az Dövlətt Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.

4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,45 %, idxal isə 31,1 % artıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 287 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,4 % azdır.

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv