!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici valyuta ilə verilən kreditlərin SƏRTLƏŞDİRİLMƏSİ: “AMB riskləri nəzarətdə saxlayacaq”

!Reklam – Yazi

“Qeyd olunanlara görə dollarla valyuta krediti götürən şəxslərə məxsus gəlirlərin stabilliyi haqqında təsəvvür olmalıdır ki, krediti alan tərəf gələcəkdə məzənnə riskindən sığortalansın”.

Bu sözləri AMB-nin xarici valyutalarda verilən kreditlərin sərtləşdirilməsini davam etməsinə münasibət bildirən iqtisadsçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamsında qeyd edib.

O bidirib ki, əsas məqsədlərdən biri də Mərkəzi Bankın kredit portfelini böyütmək istəklərindən qaynaqlanır:

“Mərkəzi Bankın bu bəyanatından bəlli olur ki, AMB bir neçə istiqamət götürüb. Birincisi, milli valyutada keditləşməni genişləndirilməsi və xarici valyutada kreditləşmə şərtlərini çətinləşdirməkdən ibarətdir. Burada da əsas məqsəd ölkə şirkətlərini valyuta risklərindən qorumaqdır. İkinci istiqamət isə, riskli kreditlərə tələbləri sərtləşdirmək, az riskli kreditlərin verilmə şərtlərini rahatlaşdırmaqdan ibarətdir. Bu cür kredit götürən şəxslər daha ucuz, əlverişli və rahat şərtlərlə bu imkanlardan faydalansınlar.

Burada əsas məqsədlərdən biri də Mərkəzi Bankın kredit portfelini böyütmək istəklərindən qaynaqlanır. Eyni zamanda adı çəkilən qurumun riskləri nəzarətdə saxlamaq niyyəti vardır. Sözügedən risklər valyuta risklərindən ibarətdir ki, bunu bank öz bəyanatlarında da bildirir. Qeyd olunanlara görə, dollarla valyuta krediti götürən şəxslərə məxsus gəlirlərin stabilliyi haqqında təsəvvür olmalıdır ki, krediti alan tərəf gələcəkdə məzənnə riskindən sığortalansın. Qısaca, yəni valyuta gəliri olan şəxslər gələcəkdə valyuta krediti götürə bilsin. Bu formada qaydalar sərtləşdirilir ki, valyuta kreditlərinə riski səviyyəsi aşağı olan şəxslər müraciət etsinlər. Bununla da gələcəkdə kreditlə bağlı problem yaşayan şəxs olarsa, ona daha rahat reaksiya verisin.

Riskli kreditlərin şərtlərini çətinləşdirərək az riskli kreditlərin sadələşdirmək yönümündə addımlar ümumən kredit riskinin idarə edilməsi məqsədi daşıyır. Bütün bu addımlar iqtisadiyyatın böyüməsi, riskləırin idarə edilməsi və digər istiqamətlərdə tədbirlərdəndir”.

Yusif Səmədzadə

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv