!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarkovda komendant saatı tətbiq edilir

!Reklam – Yazi

Ukraynanın Xarkov şəhərində fevralın 28-də yerli vaxtla saat 16.00-dan martın 1-i saat 06.00-dək komendant saatı tətbiq olunacaq.

Yenicag.az xəbər verir ki, bunu Xarkov vilayəti Administrasiyasının sədri Oleq Sinequbov bildirib.

O, vilayət sakinlərinə müraciət edib: “Mağaza və aptekə maksimum 2 nəfər gedin. Qadınla getməyiniz məsləhətdir. Yaxın məsafələrə gedin. Xarkov şəhəri ətrafına getmək təhlükəlidir. Sizi ərazi müdafiə qüvvələrinin döyüşçüləri və ya polis saxlasa vahimələnməyin, sənədlərinizi göstərin, gedəcəyiniz yerə gedin”.

O.Sinequbov deyib ki, böyük ehtimalla diversiya qrupları Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin yarmağa cəhd götərəcək, artilleriya atəşi açılacaq. Onun sözlərinə görə, Xarkov vilayəti tamamilə nəzarət altındadır: “Gecə düşməni Çuquyevsk-Roqansk, Lipesko-Sirkunovsk, Derqaçevsk və Belqorod istiqamətində geri oturtmuşuq”./Report/

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv