!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xatirə keçmişi ilə bağlı GİZLİNLƏRİ AÇDI: “Həm pul verirdik, həm də…”

!Reklam – Yazi

“Həm pul verirdik, həm də efirdən sonra anamızın təzyiqi 1200 olurdu…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam vaxtilə telekanallardan qonorar istəməsi ilə bağlı açıqlamasına görə onu qınayan aparıcı Kazıma cavab olaraq deyib.

“Öz işimdir, kimdən qonorar istəyirəm, istəmirəm özüm bilərəm. Bunun yolu budur, belə olacaq. Sənin gözünün qabağında televiziyalara nə pullar xərclənib, bunu bilə-bilə deyirsən ki, vaxtında qarşılıqlı reytinq qazanmısınız. Vaxtında müğənni pulu ödəyib efirə çıxırdı, sənətçiyə ağzına gələni deyib, ağladıb, reytinqi televiziya qazanırdı. İndi ola bilər o şey? Pul ödəyənə güldən ağır söz demək olar? Həm pul verirdik, həm də efirdən sonra anamızın təzyiqi 1200 olurdu. Nə qədər ki, bu müğənnilərdə birlik olmayacaq, bax belə olacaq. Şir elə həmişə şirdir”.

Qeyd edək ki, Kazım Sübhan “Bu günə qədər elələri oldu ki, əldə etdiyi uğurları televiziya sayəsində qazandı. İndi elə bir məqama çatmısınız ki, kanallardan qonorar istəyirsiniz. Axı hər şey zamanında qarşılıqlı olub”, – deyə fikirlər səsləndirib. Onun sözləri vaxtilə bu kəlmələri söyləyən Xatirəyə xoş gəlməyib.

Nehru

www.yenicag.az

502
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv