!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xatirə" kuboku keçirilmişdir - FOTOLAR

!Reklam – Yazi

“Mil” sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi, Mil İntellektual Klubu, Beyləqan rayon Gənclər və İdman İdarəsi, MMRTİ Beyləqan rayon Təhsil Sektoru, ATİAHİ, KRMİ Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində ibtidai sinif şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyun növü üzrə “Xatirə” kuboku təşkil edilmişdir. Turnirdə 8 komanda iştirak etmişdir.

Çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev, ictimai birliyin sədri Mürsəl Behbudlu, Təhsil Sektorunun məsul əməkdaşı Anar Yaqubov, Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova və digər qonaqlar tədbir iştirakçılarını salamlamış, ümummilli lider Heydər Əliyevin həyat yoluna qısa nəzər salmışlar.

Gərgin mübarizə şəraitində keçən turnirin sonunda Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin “Zəkalar” komandası 3-cü, Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyin “Xəmsə” komandası 2-ci, Beyləqan şəhər 3 nömrəli tam orta məktəbin “Qarabağ” komandası 1-ci yerin sahibi olmuşdur. Qaliblər diplom və hədiyyələrlə təltif edilmişlər.

 

www.yenicag.az

67
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv