!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xatun: “Buna görə o dünyada inkir-minkirə cavab vermək istəmirəm”

!Reklam – Yazi

“Çox dostlarım var idi ki, onlardan başqa nələrsə gözləyirdim. Amma…”

Bunu “Yaşadığın ağır dönəmlərdə sınağa çəkdiyin və sınaqdan yaxşı çıxmayan dostların oldu? Onlara qarşı indi münasibətin necədir?” suallarını cavablandırarkən müğənni Xatun Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi bəzi dostlarından incisə də, onlara qarşı kinli olmadığını da bildirib:

“Həmin anda acım o qədər böyük idi ki, baş verən hadisələri o qədər də dərk edə bilmirdim. Çox üsyankar olmuşdum. Çox dostlarım var idi ki, onlardan başqa nələrsə gözləyirdim. Amma gözlədiyimin tam əksinə, başqa münasibətlə qarşılaşdım. Həyatın keşməkeşindən çıxan bir adam kimi deyim ki, heç kimisə silmək belə istəmirəm. Yəni mənim acım o qədər böyük idi ki, deyə bilmərəm hər şey silindi, getdi… Mənim qazandığım və məni tək qoymaq istəməyən insanlar yanımdaydı. Amma tək qoyanlara gəlincə, nə deyə bilərəm, bu onların öz seçimi idi. Mən onlardan nə gözləyim ki? Kinli insan deyiləm, amma bəzən görürəm ki, kin yaranır. O məqamda da başlayıram kini özümdən uzaqlaşdırmağa. Çünki bəzi insanlara görə istəmirəm ki, o dünyada inkir-minkirə cavab verim”.

Cəvahir

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv