!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xatundan IQ ATMACASI: “Bəzi aparıcıların səviyyəsi mənimlə...”

!Reklam – Yazi

“Elə aparıcılar var ki verilişinə gedirsən, adamın bütün enerjisini alırlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatun “Günaydın Azərbaycan” verilişində deyib.

Sənətçi bəzi aparıcıların intellektual səviyyəsinin aşağı olmasından gileylənib:

“Elə aparıcılar var ki verilişinə gedirsən, adamın bütün enerjisini alırlar. Verilişində otururam, heç danışmaq istəmirəm. Sanki bütün enerjim yoxa çıxır.

Bəzi aparıcıların İQ səviyyəsi mənimlə uyğun gəlmir. Buna görə də danışa bilmirəm. Hansısa verilişə gedəndə, evdə güzgünün qarşısında durub hazırlaşıram, deyirəm, belə danışacam.

Amma veriliş başlayanda, heç nə danışa bilmirəm. Yaşa dolduqca, müəyyən psixoloji zərbələrdən, bəzi situasiyalardan, mərdimazarlardan ola bilsin ki, insanın içində nələrsə sınır.

Daxilindəki işığı söndürməyə çalışan insanlar var. Amma sənin üçün can yandıran, çətin vaxtda yanında olan insanlar olmalıdır. Dərk etməlidir ki, kim kimdir. Səndən ummasınlar, onsuz da umduğunu ona verirsən. Əsas odur ki, can yandırsınlar”.

Nehru

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv