!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəbər ertəsi” verilişinin mövsüm üçün olan son buraxılışı bu gün efirə getdi - VİDEO

!Reklam – Yazi

“Xəzər TV”-də yayımlanan “Xəbər ertəsi” verilişinin mövsüm üçün olan son buraxılışı bu gün efirə gedib. Tanınmış jurnalist Aytən Səfərova və Elmin Bayramlının aparıcılıq etdiyi verilişdə bu 10 ay ərzində müxtəlif məişət və sosial problemlərə toxunulan maraqlı süjetlər yayımlanıb.

Bununla bağlı danışan Aytən Səfərova hətta tamaşaçılardan minnətdarlıq üçün “Xəzər TV”yə gələnlərin də olduğunu bildirib: “Bu 10 ay ərzində qaldırdığımız məsələlərin 60 faizi öz həllini tapıb. Vətəndaşlar bizim qaynar xətt nömrəsinə bu haqda yazırlar. Bəzi izləyicilər bura qədər gəlib, məsələni işıqlandırdığımız üçün bizə minnətdarlıq bildirirlər. Bu bizim üçün böyük bir nailiyyətdir”.
Elmin Bayramlı isə verilişi aparmağın insana verdiyi duyğulardan danışıb: “Müxbir olmaq tamam başqadır, lakin kameranın qarşısında öznü tamam başqa hiss edirsən. Studiyada 4 adam görürsən, amma danışanda 10 milyonla danışdığını hiss edirsən”.
Aparıcı eyni zamanda 25 illik jurnalist fəaliyyətində ən rahat iş şəraitinin “Xəzər TV”də çox rahat olduğunu qeyd edən Aytən Səfərova, bu rahatlığı rəhbərliyin yaratdığını vurğulayıb: “Bu rahatlığı bizə “Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov yaradıb. Şirkətdə mən rəhbərin bir insan kimi böyüklüyünü və peşəkarlığını görürəm. Aparıcı hamıdan yaraşıqlı görünməli və efirə çıxmalıdı. Bu 10 ay ərzində mən özümü görkəmi ilə tamamlanmış aparıcı kimi hiss elədim”.

www.yenicag.az

1138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv