!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəbər otağında yeganə qadın idim” - Somalidən olan jurnalistin HƏYAT HEKAYƏSİ - FOTOLAR

!Reklam – Yazi

Maryan Seylac jurnalistdir. O doğulduğu Baidoa şəhərində ilk qadın jurnalist kimi fəaliyyət göstərib. Daha sonra ölkədə qadın jurnalistlərə dəstək verən şirkət qurub. 

Yenicag.az BBC-yə istinadən dünyanın ən təhlükəli ölkələrindən birində – Somalidə qadın jurnalist olmağın çətinliklərindən danışan Maryanın həyat hekayəsini təqdim edir:

“Jurnalistika ilə həmişə maraqlanmışam. Hələ gənc yaşlarımdan atamla birgə BBC-nin Somali üçün hazırlanan buraxılışlarına qulaq asırdım. Daha sonra biz onunla hadisələri müzakirə edirdik. Bu, mənim siyasətə olan marağımı əks etdirirdi. Somali siyasi hadisələrlə dolu olan ölkədir və 1991-ci ildə hərbi rejim devrildikdən sonra müxtəlif qruplar tərəfindən mübarizə meydanına çevrilib. 2012-ci ildən nisbətən sabit ölkə olmasına baxmayaraq Somali hələ də jurnalistlər üçün təhlükəli məkandır, xüsusilə də, əgər sən qadınsansa… Məktəbdə həmişə açıq fikirli olmuşam. Somalidə heç vaxt valideynlər qızlarından gələcək həyatları barədə nə düşündüklərini soruşmur, çünki burada qadınların yeri ancaq evdir; təmizlik, biş-düş və s. Mən isə əvvəldən karyeram barədə düşünürdüm və jurnalist olmaq istəyirdim. Xəbər otağında yenilik idim. Atam müəllim idi və həmişə ailəmizin bir üzvünün bu peşəni davam etdirməsini istəyirdi. Böyük qardaşlarım və bacılarım istəmədikləri üçün, bunu məndən gözləyirdi. Buna görə də bir müddət müəllim kimi çalışdım.

Orta məktəbi tərk etdikdən sonra, bir il Baidoadaki orta məktəbdə müəllimlik etdim. Ancaq etmək istədiyim iş bu deyildi. Dostumun həyat yoldaşı yerli radioda çalışırdı və mən ona axşamlar işləyib, təcrübə qazanmaq istədiyimi dedim. Somalidə media qurumlarının çoxu özəldir və aralarında rəqabət var. Yeganə qadın olaraq, xəbər otağında olduqca, maraq doğururdum, çünki ilk idim. Onlar mənə hələlik təcrübə qazanmağı təklif etdilər. Gün ərzində qonaqları salamlamaq və xəbərləri oxumaqla kömək edirdim. Sonda müəllimlik fəaliyyətimdən tamamilə uzaqlaşdım və radiostansiyada işləməyə başladım. Ailəm bundan məmnun deyildi. Atam uğur qazana bilməyəcəyimdən, işdən imtina edib işsiz qalacağımdan qorxurdu. Ancaq mən ona dedim ki, müəllim olmaqdan məmnun deyiləm. Bu isə, həmişə etmək istədiyim iş idi. Zamanla ailəm işimdə necə xoşbəxt olduğumu gördü və nəhayət qərarıma hörmətlə yanaşdılar. Yaşadığım cəmiyyətdə jurnalist olmaq çox ağır idi. İnsanlar mənə yuxarıdan aşağı baxırdılar və əqidəmə görə məni qınayırdılar. Somali mədəniyyətində qadınlardan sadəcə ərlərinə yaxşı həyat yoldaşı olmaları gözlənilir. Xoşbəxtlikdən, karyerama hörmət edən bir həmkarımla evləndim. Çünki sıradan biri ilə evlənib peşəmdən ayrılacağımın fərqində idim”.

 

Samirə Əliyeva

www.yenicag.az

5499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv