!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

XƏBƏRDARLIQ: Bakıda hava tozludur - SƏBƏB

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag-az-a verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

www.yenicag.az

222
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100