Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xəbərimiz təsdiqləndi: Millimizin baş məşqçiləri qovuldu

Reklam: High Technic

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.

Yenicag.az xəbər verir ki, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.

Qeyd edək ki, hər iki məşqçinin millidən uzaqlaşdırılacağı ilə bağlı xəbəri Yenicag.az oktyabrın 19-da yazmışdı.

Xatırladaq ki, U-21 millimizin baş məşqçisi Samir Ələkbərov da tutduğu postdan göndərilib.

www.yenicag.az

1923
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM