!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəng əleyhinə peyvənd: Ölümcül xəstəliyin sonu gəlir?

!Reklam – Yazi

Hazırda dünyada ən geniş yayılan xərçəng növlərindən biri mədəaltı vəzi xərçəngidir. Son 65 ilin dəyişməz statistikasına görə, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən hər 10 xəstədən 9-u dünyasını dəyişir. Alimlərin araşdırmalarına görə, mPHK adlı peyvənd bu ölümcül xəstəliyin qarşısını almaq qüdrətindədir. Bəs, görəsən, bu fakt nə qədər doğrudur?

Bu sualla tanınmış medikal onkoloq Aliyə Aslana müraciət etdik.

Yenicag.az-a açıqlama verən onkoloq sözügedən xərçəngin müalicə metodunun az olduğunu vurğulayıb:

“Son zamanlarda yeni müalicə metodlarının olmasına baxmayaraq, biz bu xərçəng növü qarşısında gücsüz idik. Bu səbəbdən də müalicədə hər yenilik az qala inqilabi bir tapıntıdır.

Amerikalı tədqiqatçılar 16 xəstə üzərində eksperiment aparıblar. Onlar şişi geniş cərrahi əməliyyat edib götürdükdən sonra xəstəyə mPHK adlı peyvənd vurublar. 8 xəstədə şişin 6 aydan tez metastaz verməsi aşkarlanıb, ancaq digər 8 xəstədə 6 aydan uzun müddətdir ki, təkrar şiş aşkarlanmayıb. Alimlərin fikrincə, bu, böyük uğurdur. Çünki, adətən, əməliyyatdan bir neçə ay sonra şiş yenidən əmələ gəlir. Dünyanın bir çox onkoloq alimləri bu peyvəndi “fantastik icad” adlandırırlar. Bir çoxu isə iddia edir ki, hələ ki sevinmək üçün tezdir. Çünki suallar cavablardan çoxdur.

Yeri gəlmişkən, qeyd edim ki, xərçəng xəstələrinə peyvənd olunması təzə xəbər deyil. Bu prosesə hələ 2010-cu ildə ABŞ-də başlanılıb və bu peyvənd ilk dəfə prostat xərçəngində tətbiq olunub. Amma alimlər onun xərçəngin ən ölümcül növü olan “mədəaltı vəzi”ndə də effekt verəcəyinə inanmayıblar. Çünki mədəaltı vəzinin xərçəngi tibbdə “soyuq şiş” adlanır və onu immunterapiya ilə müalicə etmək mümkün olmur. Hər halda, bu inqilabi yeniliyə də ehtiyatla yanaşmaq lazımdır. O da danılmazdır ki, xərçəng xəstəliyində bu cür peyvəndlərə böyük ehtiyac var. Bəlkə də, bu, inqilabi yenilik deyil, amma mədəaltı vəzi xərçənginin müalicəsində çox mühüm irəliləyişdir. Hər halda, yaxşıya ümid edirik.

Onu da bildirmək istəyirəm ki, xərçəng hökm deyil, sadəcə vaxtında yoxlama və erkən mərhələ diaqnoz həyat qurtarır. Sağ və sağlam olaq”.

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv