!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəngə qarşı YENİ PEYVƏND: Xəstəlikdən qurtulma faizi nə qədərdir?

!Reklam – Yazi

Dünyanın gözü xərçəngə qarşı MRNA peyvəndlərindən gələn xoş xəbərlərdədir.

Yenicag.az xəbər verir ki, bunu xərçəngə qarşı mübarizədə yeni peyvənd tapan Biontech mediaya açıqlamasında bildirib.

Açıqlamada MRNA xərçəng peyvəndinin 3-4 il sonra bazara çıxacağı deyilib.

Lakin gözləntilər indidən özünü doğrultmağa başlayıb. İngiltərədə 54 yaşlı Adrian Teylor baş və boyun xərçəngi ağciyərlərinə yayıldıqdan sonra Biontech peyvəndi sınaqlarında könüllü olaraq iştirak edib. Üç həftə ara ilə edilən peyvəndlər nəticəsində Teylorun ağciyərlərindəki şişlərin yox olduğu və tək qalan şişin 2,5 santimetrdən 4 millimetrə qədər azaldığı müşahidə edilib.

Prof. Dr. Güner Sönməz pandemiya dövrünün MRNA texnologiyasının inkişafına zəmin yaratdığını bildirib:

“İnsanlar bunun qorunma məqsədi ilə olduğunu düşünürlər. Əslində bu peyvəndlər xərçəng xəstəsi olan insanın müalicəsini tənzimləyən mexanizmlə işləyir. Əvvəllər MRNA texnologiyası proqnozlaşdırıla bilmədiyi üçün investisiyalar qoyulmurdu. Lakin pandemiya dövründə MRNA texnologiyasının nə qədər effektiv olduğu görüldü. Pandemiya zamanı immun sistemi və MRNA texnologiyası ciddi məlumat vahidinə çevrildi. Bu biliklərin toplanması xərçəng araşdırmalarını sürətləndirdi”.

Nəsimi Ələsgərli

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv