!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəngin insanın boyu ilə nə əlaqəsi var? - 1 milyonluq eksperiment

!Reklam – Yazi

İnsanların xərçəng xəstəliyinə tutulmasında onların boyunun təsirini müəyyənləşdirmək üçün tədqiqat aparılıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Kral Elmi Cəmiyyətinin mütəxəssisləri xərçəng xəstəliyinin 23 növü ilə bağlı ABŞ, Cənubi Koreya, Avstriya, Norveç, İsveç və Böyük Britaniyada təqribən 1 milyon şəxs üzərində tədqiqat aparıblar.

Kral Elmi Cəmiyyətinin apardığı tədqiqatın nəticələri ilə bağlı hazırlanan hesabatın müəllifi doktor Leonard Nanninin sözlərinə görə, xərçəng xəstəliyinə tutulmaq riski fərdi olsa da, burada insanın dəqiq boyunun müəyyən təsiri var:
“Məsələn, qadınlar arasında orta boylu insanların xərçəngə tutulmaq nisbəti 500-də 50-dirsə, boyu 178 sm-dən yüksək olan xanımlarda bu göstərici 500-də 60-dır, bundan 10 sm hündür qadınlarda isə 500-də 67-dir”.

Bununla belə, tədqiqat müəllifləri bildiriblər ki, xərçəngə tutulmaq məsələsində boydan çox zərərli vərdişlərin təsiri var.

www.yenicag.az

2016
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv