!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəngin müalicəsində yeni era: NGS

!Reklam – Yazi

Əsrin bəlası hesab olunan xərçəng son illərdə aparılan təcrübələrə əsasən artıq uğurlu şəkildə müalicə olunur. “Qorxulu xəstəlik” olmaqdan çıxan xərçəng yerini “xərçəng hüceyrəsinə qarşı” xüsusi müalicə metodlarına verir.

Xüsusi müalicə metodu olan NGS barədə isə tanınmış medical-onkoloq Aliyə Aslan danışır:
“”NGS – müasir dövr texnologiyasının ən uğurlu tapıntısıdır”, desəm, yanılmaram. Çünki məhz bu müayinə nəticəsində biz xərçəngə tam qalib gələ bilərik. NGS nədir? Yeni nəsil sıralama ( Next Generation Sequencing) deyiminin qısaldılmış şəkli olan NGS embrionlara ətraflı xromosom baxışını icra etməyimizə kömək edən, ən son inkişaf etdirilmiş bir genetik analiz texnologiyasıdır.
NGS müayinəsi nəticəsində xərçəng hüceyrəsinin içi – yəni onun “genetik xəritəsi” çıxarılır, sağlam hüceyrələrə verdiyi zərər müəyyən olunur. Bundan sonra zərərin növünə görə sadəcə, xərçəngli xəstə hüceyrəyə dərman müalicəsi təyin olunur. Bu da pasiyentin sağlam hüceyrələrinə zərər vermədən müalicə almasına və sağalmasına səbəb olur. Bu müayinə eyni zamanda immunoterapiyanın nə qədər önəmli olduğunu da üzə çıxarır. Bəli, bu müayinə və müalicələr maddi baxımdan çox baha başa gələ bilər, ancaq yaşamaq və yaratmaq heç bir pulla əldə olunmayacaq bir nemətdir. Hər bir halda erkən müayinə və müalicə həyat qurtarır! Tövsiyə edirəm ki, sağlamlığınızla bağlı heç bir müayinənizi sabaha saxlamayasız. Çünki bəzən bu gün müdaxiləyə ehtiyacı olan xəstəlik sabaha qalanda gec olur. Axı hər dəqiqənin bir hökmü var. Gəlin, sağlamlığımıza etinasız yanaşmayaq. Çünki siz doğmalarınız üçün çox dəyərlisiz.

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv