!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərclənən pullar, tanınmayan DİPLOMLAR: “İşbazlar insanların etibarından sui-istifadə edərək…” - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı iyun ayı üzrə 462 müraciətçinin 347-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 115 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat verib.

Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov Yenicag.az-a açıqlamasında diplomu tanınmayanların işbazların oyununun qurbanına çevrilməsi ucbatından olduğunu bildirib:

“Təəssüflər olsun ki, xaricdə təhsil adı ilə insanların etibarından sui-istifadə edən işbazlar var. Bu, diplomu tanınmayanların sayında özünü göstərir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya da daxil olan müraciətləri araşdırdıqda görürük ki, əksər hallarda imtina verilən şəxslər dərslərdə iştirak etməyən, işbazlar tərəfindən aldadılaraq özəl universitetlərdə təhsil alanlar və s.-dir. Bu cür insanların diplomu birmənalı olaraq tanına bilməz. Qeyri-qanuni yolla əldə edilmiş diplomlar tanınsa, illərlə xaricdə təhsil alanların haqqına girilmiş olar. Kim qanuni yolla xaricdə təhsil alıbsa, oxuduğu universitetin fəaliyyətində hər hansı problem yoxdursa, əlbəttə, o insanların diplomlarının tanınmasında bu və ya digər problem ola bilməz. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işini çox yüksək qiymətləndirirəm. Agentliyin fəaliyyətini tənzimləyən qaydalar kifayət qədər humanistdir. Hətta o qaydaların bir az da sərtləşdirilməsinin tərəfdarıyam”.

Sadiq Cavadov

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv