!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xerson Rusya üçün niyə önəmlidir? - "Müharibə çox fərqli yerlərə gedə bilər" - ŞƏRH

!Reklam – Yazi

“Ukrayna ordusu qəhrəmancasına savaşsa da, Mariupol aylardır müqavimət göstərsə də, sanki Rusiya addım-addım işğalı böyüdür”.

Bunu Rusiya ordusunun Luqansk vilayətinin inzibati sərhədlərinə çıxmasını, Belarusun Ukrayna cəbhəsinə ağır texnika cəmləşdirməsini və proseslərin hansı istiqamətdə irəliləyəcəyini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, Rusiya istədiyinə qismən nail olmağa başlayıb:

“Müharibə yeni başlayanda Rusiyanın əsas hədəfi Kiyevi işğal etmək, Ukraynanı parçalamaq və Kiyevdə qondarma, əldəqayırma bir rejim formalaşdırmaq idi. Bu plan alınmadı. Bu alınmayanda Putin alternativ plana əl atdı.

Rusiya Xersonu işğal altında saxlayır. Orada referendum keçirib, üçüncü qondarma respublika yaratmaq istəyirlər. Daha sonrakı plan isə belədir ki, o bölgələr Rusiyaya birləşdirilsin. Mariupolu viran qoyublar. Düzdür, zavod ərazisində müqavimət davam edir, ancaq yenə də vəziyyət çox ağırdır.

Artıq Luqansk ərazisinin inzibati sərhədlərinə çatıblar. Krıma quru yolu əldə saxlamağa çalışacaqlar. Rusiyanın daha bir planı isə Ukraynanın dənizlərə çıxışını qapatmaqdır. Azovda buna nail olublar, Qara dənizdə isə alınmadı. Qara dənizə Ukraynanın çıxışını bloklamaq üçün, gərək, Odessa şəhəri işğal olunsun. Odessanı dənizdən işğal etmək istədilər, ancaq Ukrayna dənizdə minalar düzdüyünə görə buna risk etmirlər. Odessanı da son günlər bombalayırlar. Odessa ələ keçirilsə, Dnestr seperatçılarına da quru yol açılmış olacaq. Bunu Rusiya sonraya saxlayıb. İndi əsas hədəf Xersonu işğalda saxlamaqıdır. Xerson ona görə Rusiyaya vacibdir ki, Krımı su ilə təmin edir. Bəzən ruslar Xruşovu ittiham edirlər ki, 1956-cı ildə Krımı Ukraynaya niyə bağışlayıb. Bunun səbəbi o idi ki, Krımın Rusiya ilə sərhədi yox idi və bərbad gündə idi. Krımı su ilə təchiz etmək lazım idi. Sovetlər dönəmində də Xersonda olan kanal Krımı su ilə təmin edirdi. Rusiya Krımı ilhaq edəndən sonra Ukrayna Xersondan gedən kanalın yolunu kəsdi. Rusiya üçün ağır günlər başladı. Yalandan dedilər ki, dənizin dibindən boru xətti çəkib su ilə təmin edəcəklər. Ancaq heç nə edə bilmədilər. Xersonu ona görə işğalda saxlamağa çalışacaqlar ki, kanal işləsin.

Müharibənin uzun müddət davam edəcəyini düşünürəm. Çünki Zelenski bildirir ki, Rusiya qüvvələri 24 fevraldan öncəki vəziyyət’ qayıtsan. Zelenski anlayır ki, Krımı geri qaytarmaq hələ real deyil. Donbasın üçdə biri separatçıların nəzarətindədir. İnanmıram ki, Rusiya Xersondan, Moriupoldan çıxa. Oradan çıxmayacaqsa, Ukrayna müharibəni davam etdirəcək”.

Belarusun Ukrayna sərhədinə qoşun yeritməsinə gəldikdə isə politoloq bunları deyib:

“Belarus Prezidenti Aleksandr Lukaşenko ciddi siyasətçi kimi qəbul olunmur. Bu gün dediyini sabah təkzib edir, sabah deyəcəyini, başqa gün təkzib edir. Oynayır. Gah Rusiyanın yanındadır, gah Rusiya hakimiyyətini dolayı yollarla tənqid etməyə çalışır. Müharibədən də qorxur. Özü də etiraf etdi ki, müharibənin bu qədər uzanacağını təsəvvür etmirdi. O da Putin kimi düşünürdü. Müharibənin bu cür davamı Lukaşenkonu açıq-aşkar qorxudur. İtkilər var, slavyan xalqları düşmən olublar. Lukaşenko başqa şeydən də qorxur. Belarus ordusu və generalları da Ukraynada savaşmaq istəmir. Haqlı olaraq deyirlər ki, bu bizim müharibə deyil. Bundan da Rusiya öz məqsədləri üçün istifadə edir. Rusiya görür ki, Belarus savaşmaq istəmir, onları təhrik edir. Belarusdan Ukrayna ərazisi raket atəşinə tutulur. Faktiki olaraq Belarus müharibənin içindədir. Nə olsun ki, ordusu daxil olmayıb?! Hesab edirəm ki, Ukrayna bu məsələyə soyuqqanlı yanaşır. Ukrayna istəsə, Belarusa da raket ata bilər. İstəmir ki, Belarusla da savaşa girişsin. Əgər Lukaşenko ordunun hansısa hissələrini Ukrayna ərazisinə soxarsa, Ukrayna Belarusla da müharibəyə başlamalı olacaq.

Qərb ölkələri müharibəyə qarışmırlar, ancaq Ukraynaya kifayət qədər dəstək verirlər. Deyirlər ki, iki dövlət üz-üzədir. Əgər Belarus da qarışsa, Qərb qarşısında sual yaranacaq: Ukrayna təklənib, onlar da qarışsınlar, yoxsa yox? Bu baş verərsə, müharibə çox fərqli yerlərə gedə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv