!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstə heyvanların zərərsizləşdirilməsi qaydalarına dəyişiklik edildi

!Reklam – Yazi

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydalarına dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklər baş verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Baytarlıq haqqında” qanuna uyğun olaraq icrası məcburi olan qərarlar qəbul ediləcək və həmin qərarların icrası Azərbaycan Respublikasının Kənd TəsərrüfatıNazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən təmin ediləcək.

Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklərə yoluxmuş yüklərin məhv edilməsi prosesi Agentliyin qərarına əsasən “Baytarlıq haqqında” qanuna uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçiriləcək. Həmin xəstəliklər aşağıdakılardır:

– quduzluq;
– dabaq;
– qarayara;
– tulyaremiya;
– botulizm.
Qaramalın xəstəlikləri:
– taun;
– rinotraxeit;
– kataral isitmə;
– emfizematoz karbunkul.
Davarın xəstəlikləri:
skrepi;
bradzot-enterotoksemiya;
çiçək.
Donuzların xəstəliyi:
Afrika taunu.
Quşların xəstəliyi:
– taun;
– qamboro;
– yüksək patogenli quş qripi;
– ornitoz;
streptokokkoz.
Atların xəstəlikləri:
– epizootik limfanqoit;
– cütləşmə xəstəliyi;
– Afrika taunu;
– manqo;
saqqo.
Dəvələrin xəstəliyi:
– taun.
İt və pişiklərin xəstəlikləri:
– toksoplazmoz;
– mikrosporiya.
Dovşan, qunduz və vəhşi heyvanların xəstəlikləri:
– vərəm;
– tulyaremiya;
– miksomatoz;
– streptokokkoz;
– stafilokokkoz;
– kaxeksiya;
– trixinelyoz;
– tetanus.

Eyni zamanda qərara əsasən, Bruselyoz və vərəm xəstəliklərinə yoluxmuş yüklərin emalı və ya təkrar emalı Aqrar Xidmətlər Agentliyi və ixtisaslaşmış heyvan kəsimi və (və ya) emal müəssisələri ilə bağlanılmış müqavilə əsasında həyata keçirilir.

Bruselyoz və vərəm xəstəlikləri istisna olmaqla, bu Qaydaların 5-ci hissəsində göstərilən

leykoz.

5.2. Donuzların xəstəliyi:

taun.

5.3. Quşların xəstəlikləri:

infeksion larinqotraxeit;
infeksion bronxit;
çiçək;
pasterelyoz.

5.4. Atların xəstəliyi:

yoluxucu ensefalomielit) xəstəliklərə yoluxmuş yüklərin götürülmədən məcburi zərərsizləşdirilməsi Aqrar Xidmətlər Agentliyi tərəfindən təmin edilir, emalı və ya təkrar emalı prosesi isə Agentliyin və Aqrar Xidmətlər Agentliyinin birgə iştirakı ilə yüklərin təhvil verildiyi heyvan kəsimi və (və ya) emal müəssisələri tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

-götürülmə – xəstəlik zamanı xəstə heyvanların, heyvan cəmdəklərinin və yaxud xəstə heyvanlardan alınan məhsul və xammalın xəstəlik mənbəyindən xüsusi ayrılmış yerə aparılması;
-məhvetmə – xəstəlik zamanı heyvan cəmdəklərinin və xəstə heyvanlardan alınan məhsul və xammalın kremasiya, basdırılma yolu ilə, habelə digər üsullarla zərərsizləşdirilməsi;
-götürülmədən məcburi zərərsizləşdirilmə – xarici mühit amillərinə davamlı olan və spor formasına keçə bilən xəstəlik amillərinin məhv edilməsi məqsədilə həmin xəstəliklərdən ölmüş və ya kəsilmiş heyvanların cəmdəklərinin kimyəvi məhlullarla işlənilməsi, habelə xəstəliklərlə sirayətlənmiş yerin bitki örtüyünün yandırılması və torpağın üst qatının kimyəvi məhlullarla işlənilməsi yolu ilə zərərsizləşdirilməsi;

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv