Xəstəlikdən sonra Fuad Poladovun İLK FOTOSU+VİDEO

Bir müddət öncə, səhhətində problemlər yaşayan və buna görə də heç yerdə görünməyən xalq artisti Fuad Poladov film təqdimatına qatılıb.

Yenicag.az xəbər verir ki, aktyor Babək Şirinsifətin ekranlaşdırdığı “Üçüncü günün adamı” filminin premyerasında iştirak edib. Öyrəndik ki, xalq artisti hər zaman dəstək olduğu gənc aktyor Hikmət Rəhimovun dəvəti ilə təqdimata qatılıb.

Qeyd edək ki, F. Poladov səs tellərində yaranan problemlə əlaqədar bir neçə aydır ki, Bakı və Türkiyə xəstəxanalarında müalicə olunur. Buna görə aktyor səhnə fəaliyyətinə də fasilə verib. Uzun müddət idi ki, o, dəvət aldığı qala gecələri və digər tədbirlərə qatılmırdı. Hətta özünün çəkildiyi “Nazlı” filminin qala gecəsinə gəlməmişdi.

Cəvahir

Yenicag.az

COP29