!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstəliklə çarpışan aktyor KÖVRƏLDİ: “Daha heç kimə lazım deyiləm”

!Reklam – Yazi

“Mən aktyoram, işim seriala, filmə çəkilməkdir. Çağırsalar gedib çəkiləcəm, çağırmasalar da gedib kiməsə yalvarmayacam ki, sən Allah mənə də rol ver. Tanıyanlar bilir, heç vaxt qapı döyməyi, ağız açmağı sevməmişəm”.

Bunu tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor gələn il 65 yaşını qeyd edəcəyini bildirib:

“Yəqin rejissorlar hesab edir ki, mənə uyğun rol yoxdur. Ya da yəqin qocalıb yaddan çıxmışam, daha heç kimə lazım deyiləm. Bizim sənətin qəribəlikləri çoxdur, birdən zirvəyə qalxırsan, birdən də o zirvədən uçuruma yıxılırsan. Gələn il 65 yaşım tamam olacaq, sağ qalsam qeyd edərik. Bəlkə mənə fəxri ad verərlər, heç olmazsa, ruh yüksəkliyim qayıdar. Aidiyyatı qurumlardan asılıdır. Əgər istəsələr yubileyimi qeyd edərlər. Özləri bilir ki, bu sənətdə illərdir külüng çalmışam. Amma mən heç vaxt onlara ağız açmayacam, gedib qapılarını döyməyəcəm. İnsan sağlam da olar, xəstə də. Bu gün dövran sürən, sabah can verər. Yaxşı olar inşallah”.

Diqqətdən kənarda qalan aktyor kövrəlib:

“Həyat dayanacağı bəlli olmayan bir qatara bənzəyir. Harada dayanacağı bilinmir. Dayansa da, dayanmasa da gərək yaxşı əməllərlə yadda qalasan. Avtobusda, metroda, yolda gedəndə insanlar mənimlə salamlaşır, hal-əhval tutur. Bu mənə ruh verir. Xalqımdan çox razıyam…”

Qeyd edək ki, Allahverdi Yolçuyev uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir.

Cəvahir

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv