!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstəliklə çarpışan Xalq artistinin qızı: “Atama qarşı laqeyd münasibət bizi çox incidir”

!Reklam – Yazi

“Ənvər Həsənova kömək edəcəm deyərək sinəsinə döyən adamlar hamısı yaxasını çəkib durub qıraqda. Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etdim ki, atamıın prezident təqaüdü alması üçün kömək etsinlər, barı öz müalicə xərclərini öz pulu ilə ödəyək, heç nə etmədilər…”

Bunu səhhətində problemlər yaşayan tanınmış aktyor Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Yenicag.az-a açıqlamasında deyib.

O, atasına olan laqeyd münasibətdən təəssüf hissi keçirdiyini dilə gətirib:

“Atam xəstəxanadan çıxsa da, ev şəraitində müalicəsi davam edir. Maddi xərclərini də özümüz çəkirik. Xəstəxanadan çıxandan bəri nə maraqlanan, nə də halını soruşan var. Məni incidən odur ki, ömrünü, həyatını sənətə həsr edən sənətkara qarşı belə laqeyd münasibət bəslənir. Atam da buna görə çox pis olur. Axı sənətkara qarşı belə biganə münasibət düzgün deyil. O, öz haqqını istəyir. İllərini sənətə verən bir insan kimi fəxri təqaüd istəyir. O təqaüdü alsa, müalicəsini də özümüz etdirərik, heç kimə ehtiyac qalmaz. Atam ömrü boyu heç kimə ağız açmayıb, heç kimin qapısını döyüməyib. Özünə hörmət edib. Bu gün də heç kimin köməyinə ehiyacı yoxdur, sadəcə olaraq haqqını istəyir”.

Cəvahir

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv