!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstəliklə mübarizə aparan Xalq artisti: “Bu qədər kommunalı təqaüdlə necə ödəyim?”

!Reklam – Yazi

“Yalnız kritik məqamlarda həkimə müraciət edirəm. Ev şəraitində dava-dərman olunur. Səhhətimdə o qədər problemlər var ki, hansını deyim? Bilirsiz ki, insult keçirdim, başımda dəhşət ağrılar olur. Maşın sürə bilmirəm, həyətdən çölə çıxmıram. Yaradıcı insan üçün çox ağırdır”.

Bu sözləri xeyli vaxtdır xəstəliklə mübarizə aparan tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov səhhəti barədə danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Ömrünün əsas hissəsini kinoya həsr edən aktyor yaradıcılıqdan kənar özünü sudan çıxarılmış balıq kimi hiss etidiyni bildirib:

“Ömürboyu kinostudiyada işləmişəm, 69 il az vaxt deyil. 70 filmdə gözəl obrazlar yaratmışam. Bu gün kənardan durub baxıram, mənə çox ağırdır. Kinodan başqa özümü heç yerdə görə bilmirəm. Kinostudiyadan desələr ki, gəl filmə çəkil, yaxud da rejissor kimi fəaliyyət göstər, gedərəm. Amma serial, başqa çəkilişlər mənlik deyil. Ömrümü kinoya həsr etmiş bir insan kimi arzularım da var. İstəyirəm zəhmətimin bəhrəsi olaraq prezident təqaüdü alım. Çünki xərclərim çoxdur, onları qarşılamaq çətindir. Dava-dərman, həkim müayinələri, kommunal xərclər… Elə təkcə qaz pulu 200 manatdan çox edir. Soyuq aylarda evi qızdırmaq olmur. Qış girməmiş qaz, işıq limiti keçir və pulu ikiqat ödəməli oluruq. İşıqpulu, supulu bir yerdə 400 manata yaxın pul edir. Mən təqaüdlə bu qədər pulu necə ödəyim? Prezident təqaüdü alsam, heç olmasa, dava-dərmanımı, kommunal xərclərimi ödəyərəm”.

Cəvahir

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv