!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəni küçəyə atdığı iddia edilən xəstəxanadan AÇIQLAMA

!Reklam – Yazi

“Suraxanıda 63 yaşlı Mikayıl Həbibovun köməksiz vəziyyətdə küçəyə atılması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir”. 

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 12 saylı Suraxanı Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilən kişi spirtli içkinin təsiri altında olub:

“Vətəndaş Həbibov Mikayıl Eldar oğlu mayın 2-də saat 01:20 radələrində təcili tibbi yardım vasitəsilə 12 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib. Vətəndaşa ilkin yardım göstərilib və müvafiq şöbəyə yerləşdirilib. Lakin eyni gün saat 7 radələrində xəstə öz istəyi ilə xəstəxanadan çıxmaq istədiyini bildirib və evə buraxılıb.

Təcili tibbi yardım avtomobili vasitəsilə eyni vətəndaş saat 17 radələrində yenidən xəstəxanaya gətirilib. Vətəndaş müayinə edilib, yenidən müvafiq şöbəyə yerləşdirilib. Onu da qeyd edək ki, ərazi üzrə kimsəsiz şəxslər birləşmiş şəhər xəstəxanalarına yerləşdirilirlər”.

Qeyd edək ki, ötən gün iddia edilib ki, axşam saatlarında vətəndaşlar M.Həbibovu Qanlı Göl ərazisində arabada çətin hərəkət edən vəziyyətdə görüb, 12 sayılı Suraxanı Şəhər Birləşmiş Xəstəxanasına gətiriliblər. Lakin xəstəxanadan vətəndaşa bildirilib ki, bayram günü olduğu üçün ona lazımi tibbi yardımı göstərə bilməzlər.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv