!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəni ölümə yola salan təcili tibbi yardım - Çağırışlara nəyə görə gecikirlər?

!Reklam – Yazi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirdiyini bildirir. Lakin reallıq budur ki, son günlər əksər vətəndaşlar və xəstə yaxınları təcili tibbi yardıma əlçatanlığın çox aşağı səviyyədə olmasından narazılıq edirlər. Etirazlara görə, təcili tibbi yardıma zəng edib həkim çağırmağa çalışdıqda uzun müddət gözləməli olurlar.

Mövzu ilə bağlı tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin həkim ştatlarının sayı olduqca azdır və bu, birbaşa xidmət səviyyəsinə mənfi təsir göstərir:

“Agentliyin tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin yaxşılaşmasını deməsi özünü tərifləməkdən başqa bir şey deyil. Çünki yaxşılaşmadan heç bir söhbət gedə bilməz. 1995-ci ildə açılmış stansiyada gündəlik bir həkim briqadası üçün 5 həkim və maşın nəzərdə tutulurdu. 2022-2023-cü ilə qədər ərazidə əhalinin sayı 95-ci illə müqayisədə iki dəfə artığı halda həkim briqadasının sayı iki dəfə azalıb və həkim sayı 5 nəfərdən 3 və ya 4 nəfərə düşüb. İndiki halda həkim briqdası birgə işə çıxa bilmir. Əslində əhalinin sayı artıdqca təcili və təxirəsalınmaz tibbi yardım briqadalarında əvvəlki illərə nisbətən ştatların sayı artırılmalı və əhalinin sayına uyğunlaşdırılmalıdır. Bu gün əks vəziyyət yaşanır. Guya ki, dövlətin büdcəsinə xeyir verirlər. Halbuki hazırkı məqamda xəstələr tibbi xidmətlərin zəifliyindən əziyyət çəkirlər.

Bu gün təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin iş prinsipi belədir ki, həkimlər işə gəlirlər və cəmi bir çağırışa gedirlər. Daha sonra çağırışdan çıxıb, digər çağırışa gedirlər. Yəni həkimin stansiyaya gələrək bir stəkan çay içməyə imkanı olmur. Həkimin bu cür uzun saatlar ərzində işləməsi və yorulması göstərdiyi xidmətin keyfiyyətini sual altına salır. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətində həkim ştatları artırılmalıdır ki, onlar normal şəkildə çağırışlara gedə bilsinlər və lazımi keyfiyyətdə yardım göstərməyə imkanları olsun. Bundan başqa, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində çalışan həkimlərin hazırlıq səviyyəsinin qaldırılması istiqamətində daima işlər görülməlidir. Bu gün xüsusiləşdirilmiş fəaliyyət növləri var. Məsələn, uşaqlara baxan təcili yardımlarda pediatrlar olmalıdır, terapevtlər isə yuxarı yaş qrupuna aid olan uşaqlar üçün ayrılmalıdır. Təssüf ki, bu gün pediatriya ilə terapiyanı birləşdirirlər. Bu isə göstərilən xidmətin yüksək səviyyədə olmasına mane olur”.

Gülşən Şərif

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv