!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəxanalardakı RÜŞVƏT PANDEMİYASI: "Həkimin pula görə öz vicdanını satması..." - ÇIXIŞ YOLU

!Reklam – Yazi

“300 manat maaş alan həkim, təbii ki, rüşvətə meyilli olacaq”.

Bu fikirləri Azərbaycada shiyyə sisteminin mövcud durumu və xəstəxanalarda müşahidə olunan rüşvət probleminə toxunan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında səsləndirib.

Lalə Mehralı qeyd edib ki, vətəndaşların dövlət xəstəxanalarına inamını artırmaq üçün tibb işçilərinin maaşında artım etmək lazımdır:

“Təəssüf ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının adı heç vaxt yaxşı hallanmayıb. Baxmayaraq ki, bir zamanlar ölkənin ən prestijli xəstəxanası olub və ən ağır xəstələrin sağaldılmasında mühüm rol oynayıb. Bu gün də ölkədə qəza nəticəsində yaralanan ən ağır xəstələrin təyinatı birbaşa 3 saylı Şəhər Klinik Xəstəxanasına verilir. Bu xəstəxana həkim və təchizat baxımından yaxşı vəziyyətdədir. Lakin xəstəxanadakı bəzi həkimlərin əməlləri etimadı azaldır. Bu xəstəxanada maxinasiya halları, həkimin pula görə öz vicdanını satması kimi neqativ hallar mövcuddur. Ona görə də heç kim öz xəstəsini burada saxlamağa razılaşmır. Dövlət xəstəxanalarında özəldəki qədər xərc çıxsa da, xidmət səviyyəsi eyni deyil. Bu baxımdan, ailələr haqlı olaraq tökdüyü pula dəyəcək xidmət görmək istəyirlər.

Dövlət xəstəxanalarına inamı bərpa etmək üçün baş həkimindən tutmuş gözətçiyə qədər hər kəs öz məsuliyyətini anlamalıdır. İnsanlar xəstəsinin əmin əllərdə olduğuna inanmalıdırlar. Əgər müəyyən işin qarşılığında baş həkim şöbə müdirindən, şöbə müdiri tabeliyində olan həkimlərdən, həkimlər tibb bacılarından, tibb bacıları da sanitar və gözətçilərdən rüşvət tələb edirsə, həmin müəssisədə peşəkarlıq və vicdan əxlaqı olmayacaq. Bu məsələdə həkimlərin maaşının artırılması müəyyən qədər irəliləyiş əldə etməyə səbəb ola bilər. Çünki 300 manat maaş alan həkim, təbii ki, rüşvətə meylli olacaq”.

Gülşən Şərif

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv