!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstəxanaya aparılan məşhur qəzəlxandan ÜZÜCÜ XƏBƏR

!Reklam – Yazi

A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunan məşhur qəzəlxanın qaraciyərində də problem aşkarlanıb.

Bunu sağlıq durumu barədə danışarkən səhhətində ciddi problemlər yaranan tanınmış qəzəlxan Mahir Cürət Yenicag.az-a açıqlamasında deyib.

Məşhur qəzəlxan səhhətinin yaxşılaşmağa doğru getdiyi bir ərəfədə daha bir xəstəliyin aşkarlanması səbəbindən yenidən müayinə olunacağını bildirib:

“Hazırda xəstəxanadayam, mənə qan köçürülür, sistemlər vurulur. Həkimlər sağalmağım üçün əlindən gələni edir… Səhhətimdə irəliləyişlər hiss edirdim, ayağımdakı şişlər getdikcə çəkilirdi. Amma qaraciyərimdə fəsadların aşkarlanması durumu dəyişdi. Həkimlərin dediyin görə buna görə də ciddi müayinə olunmalıyam. Tam müayinələrdən sonra xəstəliyin diaqnozu qoyulacaq. İndiyə qədər bu orqandan şikayətim olmamışdı. Həkimlərin dediyinə görə qaraciyərdə xəstəlik olarkən əvvəlcə ağrılar olmur, son mərhələdə ağrılar özünü göstərir. Bütün xəstəliklərim bir-birinə qarışıb”.

Qeyd edək ki, Mahir Cürət bir həftədən artıqdır ki, A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunur.

Cəvahir

www.yenicag.az

24002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv