!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstəxanaya yerləşdirilən tanınmış aktyor: “Sonrasından xəbərim olmadı”

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov əməliyyat olunub.

Hazırda xəstəxanada olan aktyor səhhəti ilə bağlı Yenicag.az-a danışıb:

“Qarın yırtığından əməliyyat olundum. Çoxdan idi ki, bu problem məni narahat edirdi. Qarnımda şişkinlik var idi, bu da tamaşalarda, seriallarda, çəkilişlərdə mənə mane olurdu. Həm də xarici görünüşümə təsir edirdi. Axır ki, bu problemdən xilas oldum. Bir-iki günə xəstəxanadan evə buraxacaqlar”.

Nakoz verilən an həyəcan yaşadığını gizlətməyən aktyor zarafatından da qalmayıb:

“Narkoz veriləndə çox həyəcan keçirdim, qorxdum. Dedilər, ona (10 – red.) qədər saya bilərsən? Dedim, elə camaata saymağı mən öyrətmişəm, niyə saymıram ki… Elə ona çatmamış, heç nədən xəbərim olmadı. Şükür, yaxşıyam. Tezliklə xəstəxanadan çıxıb insanların üzünü güldürmək istəyirəm. Bizi yaşadan tamaşaçı sevgisidir”.

Cəvahir

www.yenicag.az

1344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv