!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəyə telefonla diaqnoz qoyan həkim həbs edildi

!Reklam – Yazi

İtaliyanın Ali Kassasiya Məhkəməsi tezliklə vəfat edən xəstəyə telefonla məsləhət verdikdən sonra vəzifəsini pozmaqda təqsirli bilinən həkimin hökmünü təsdiqləyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi bədənindəki ağrı şikayətləri ilə təcili xidmətlərə müraciət edib.

Növbətçi həkim ona qastroenterit diaqnozu qoyub, lakin italyan tezliklə infarktdan dünyasını dəyişib. İbtidai məhkəmə adam öldürməkdə təqsirli bilinən həkimə bəraət qazandırsa da, vəzifəsini yerinə yetirmədiyinə görə ona 4 ay həbs və analoji müddətə müvəqqəti işləməyə qadağa qoyub.

Məhkəmə qərarına əsasən, sağlamlıq hüququ dövlət qulluğunda olan həkimin xəstəni qorumaq vəzifəsini ehtiva edir. Belə ki, boloniyalı mütəxəssisin cinayəti ondan ibarət olub ki, o, xəstənin xahişinə baxmayaraq, evdə ona baş çəkməkdən imtina edib və onun vəziyyətinin ağırlığını yanlış dəyərləndirib, bu da kişinin həyatını riskə atıb.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv