!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsi təmirdən sonra istifadəyə verildi

!Reklam – Yazi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsinin əsaslı təmirdən sonra açılışı olub.

Bu barədə Yenicag.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, açılış mərasimində TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Anar İsrafilov, TƏBİB-in aidiyyəti struktur bölmə rəhbərləri, Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev, tibb müəssisəsinin əməkdaşları və başqaları iştirak ediblər.

Xətai Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev Ginekologiya və doğum şöbəsinin fəaliyyəti barədə məlumat verib.

Hazırda şöbədə 10 mama-ginekoloq, 3 həkim-neonatoloq, 5 mama, 10 tibb bacısı fəaliyyət göstərir.

Qeyd edək ki, Xətai Tibb Mərkəzi 2 korpusdan, 152 çarpayıdan ibarətdir. Tibb mərkəzində Terapiya, Nevrologiya, Reanimasiya və intensiv terapiya, Ümumi cərrahiyyə və uşaq cərrahiyyəsi şöbələri, Bakı şəhəri üzrə yeganə 24 saat təcili və təxirəsalınmaz xidmət göstərən Otorinolarinqologiya şöbəsi var.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv