!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xəyanət, kənarda partnyor axtaranlar...“ - Kabusa çevrilən SEKSUAL UYĞUNSUZLUQ

!Reklam – Yazi

“Bu gün getdikcə artan boşanmaların əsas səbəblərindən biri də cütlüklər arasında seksual uyğunsuzluqdur…”.

Bu sözləri Psixoloji və Sosial Dəstək İctmai Birliyinin və UM Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Ülviyyə Murtuzova ailələrdə cinsi pozuntulardan danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Psixoloq ailələrin dağılmasına gətirib çıxaran seksual pozuntuların aradan qaldırılmasında hər iki tərəfin üzərinə böyük yük düşdüyünü bildirib:

“Ailələrin təməlinin qurulmasında qarşılıqlı hörmət, anlayış, sevgi böyük rol oynayır. Amma digər vacib səbəblər də var. Bu da seksual məsələlərdir. Bu gün ailələrdə elə seksual problemlər var ki, mentalitet baxımından bunu açıb-ağartmırlar. Hətta ört-basdır edirlər. Bu mövzu sanki qadağan olunub və bu barədə maarifləndirici məlumat vermək hətta tərbiyəsizlik kimi dəyərləndirilir. Amma yadda saxlamaq lazımdır ki, ailədə seksual münasibətlər qaydasında deyilsə, demək ki, heç nə qaydasında olmayacaq.

Seksual münasibətlərdə yaranan problemlər cütlüklərin əks istiqamətə meyillənməsinə gətirib çıxarır. Kişi və ya qadın özünə kənarda partnyor axtarışına çıxır. Amma bu vəziyyət nə qədər davam edəcək, “nə vaxta qədər mən ailəm ola-ola kənarda şəhvət hisslərimi öldürəcəm” deyə ailələri düşündürür.

Bunu görməzdən gəlib normal şəkildə evliliyini davam etdirən cütlüklər də var. Amma əksər hallarda bu hal boşanmalara gətirib çıxarır. Seksual və intim münasibətlər ailədə vacibdir, önəmli şərtdir, bunu hər kəs bilməlidir”.

“Bu cür hallara dözüb oturmaqdansa, mütləq şəkildə çıxış yolu tapılmalıdır”, deyən psixoloq bildirib ki, bu məsələdə hər iki tərəf – ər və arvad anlayış göstərməli, problemin həllinə çalışmalıdır: “Seksual problemin aradan qaldırılması üçün cütlüklər bir-birinə dinləmə şansı verməlidir. Məsələn, impotentləşməyə doğru gedən kişi üzünü çevirib yatır, bu da qadında belə bir fikir yaradır ki, əri ona xəyanət edir. Bununla da ailədə digər ciddi problemlərin əsası qoyula bilər. Qadın ona dinləmə fürsəti vermədiyi üçün kişi susmaq məcburiyyətində qalır. Bu vəziyyəti daha da qəlizləşdirir. Burada etibar və güvən məsələsi çox önəmlidir. Ər və arvad bir-birinə anlayış göstərməli, yaranan problem barədə açıq danışmalı, problemi həll etməkdə bir-birinə kömək etməlidir. Hər iki tərəf həkimə, psixoloqa müraciət etməlidir ki, problem aradan qaldırılsın.

Təəssüflər olsun ki Azərbaycanda cinsi pozuntularla bağlı həkimə müraciət etmirlər, bunu ayıb sayır, ört-basdır edir, dözüb otururlar və nəticədə ailələr dağılır”.

Cəvahir

www.yenicag.az

2428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv