!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəyanətə uğrayan kişi nə etməlidir? - Psixoloq rəyi

!Reklam – Yazi

Günümüzdə xəyanətə görə dağılan ailələrin sayı az deyil. Bəzən bir neçə dəqiqəlik şəhvətin sonu faciə ilə bitir. Qadının xəyanətinin bağışlanmaz olduğu cəmiyyətdə kişi müxtəlif yollara əl atır – gah cinayət törədir, gah da…

Məsələn, xəyanətə görə son günlər istər mediada, istərsə də sosial şəbəkələrdə yayılan videonu misal çəkmək olar. Xəyanətə uğrayan kişi hirsini soyutmaq məqsədi ilə onu aldadan qadının saçlarını qırxaraq, videoya çəkib və bunu yayımlayıb. Bunu doğru hesab edənlərlə yanaşı, kişini qınayanlar da var.

vefa

Bəs, görəsən, xəyanətə məruz qalan kişi nə etməlidir. Yenicag.az-a danışan psixoloq Vəfa Əkbər bildirir ki, xəyanətə məruz qalan kişi məsələyə soyuq başla yanaşmalı, sakit şəkildə həmin qadını həyatından çıxarmalıdır:

“Bizim cəmiyyətdə xəyanət barəsində fərqli anlam var. Gender bölümü hələ də mövcuddur. Kişinin xəyanəti bağışlanmalı, ailə bərpa olunmalı, qadının xəyanəti isə artıq ən son həddir, bağışlanmamalıdır. Xəyanət xəyanətdir. Ortada bir xəyanət varsa, bunun səbəbləri araşdırılmalıdır. Kişi xəyanətə uğrayıbsa, artıq nə edə bilər? Olmuşla keçmişə çarə yoxdur. Reallığı qəbul etmək çətin olduğu üçün həm fiziki, həm də mənəvi zərər vurmağa çalışırlar. Amma yaxşı olardı ki, sağlam fikirli insan soyuq başla qərar versin. Ən böyük cəza isə sadəcə, o insanın həyatından çıxmaqdır. Bu, qarşı tərəfə bir ömür əzab verəcək. Bundan ötə əzab yoxdur. Amma hirsini soyutmaq aqressiya yaradır. Qarşı tərəf əmin olur ki, sənin bu davranışlarına görə xəyanət etdim”.

“Qadın kişiyə niyə xəyanət edir” sualına gəlincə, psixoloqun sözlərinə görə, burada səhv ikitərəflidir:

“Təsir əks təsirə bərabərdir. Qadını haradakı ki sıxırlar, qısqanırlar, ona qarşı təzyiq olur, təhqir olunur, onun nə demək istədiyi başa düşülməyəndə boşluq yaranır. Kişi əmin olur ki, qadın artıq bütövlüklə onun əlinin altındadır. Onda “nə istəsəm, edə bilərəm” fikri formalaşır. Belə olan halda qadın qaçış axtarır. Qaçdığı zaman da özünü yanlış yollarda tapır. Burada səhv ikitərəfli olur. Belə olanda qadın xəyanət edir. Xəyanətə görə cinayət törədən kişilərdən “bunu nəyə görə etdiniz?” deyə soruşsaq, cavabları “cəmiyyət” olacaq. Çünki bunu etməsə, cəmiyyət kişini linç edəcək. Cəmiyyət deyinəcək, söz-söhbət olacaq, məclislərdə onun haqqında danışılacaq və s. Kişi də bu söz-söhbəti dayandırmaq üçün fiziki zorakılığa əl atır. Belə durumda intihar da çıxış yolu deyil. İnkişaf etmiş ölkələrdə insanın şəxsiyyətinə hörmət olunur. Onun fikirləri dinlənilir, bir həqiqət payı varsa, dəstək olunur. İndi gəlin bizim cəmiyyətə baxaq. Yeniyetmə yaşından gənclik çağına qədər uşaq susmalıdır, böyük danışmalıdır. Fikir bildirməməlidir, bildirsə belə, onun heç bir əhəmiyyəti yoxdur. Evin böyükləri var, hər bir qərarı onlar verir. Belə olan halda uşaq şəxsiyyət kimi böyümür. Kütlədən asılı bir fərdə çevrilir. Keçmişdə səhv edəni qəbilədən kənarlaşdırırdılar. Biz sadəcə o dövrdən çıxmamışıq. Kütləyə görə peşə seçilir, geyinilir, addım atılır. Beynimizdən “cəmiyyət nə deyər” sualı çıxmır”.

Vəfa Əkbərin sözlərinə görə, xəyanət məsələsində məcburi evləndirmələrin də rolu az deyil:

“Əgər bir gəncə hörmət olunmursa, ona həmişə fərd kimi baxılır. Son iki ildə tez-tez 18-19 yaşlı qızların evləndiyini görürəm. Artıq bu dəbə düşüb. Halbuki insanlar özünü dərk etdiyi yaşda evlənməlidir. Ətrafımda kimi dinləyirəmsə, o vəziyyətdədir. Onlar fərddirlər, şəxsiyyət kimi formalaşmayıblar. Mənim 18 yaşında evlənən pasientim var, deyir, güzgüyə baxanda böyük bir peşmanlıq görürəm”.

Emin Səfərov

www.yenicag.az

9653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv