!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzər dənizinin QURUMA TƏHLÜKƏSİ: Mütəxəssis təkliflərini açıqladı

!Reklam – Yazi

“Kür çayının suyunun kəskin azalması Xəzər dənizinin su balansına çox mənfi təsir göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Xəzər dənizinin səviyyəsinin enməsinin səbəbləri və onun doğura biləcəyi neqativlər haqda danışan ekoloq Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, Xəzəri dənizini qorumaq və su itkisinin qarşısını almaq üçün ilk növbədə dənizə tökülən çayların axınları bərpa olunmalıdır.

“Xəzər dənizinə tökülən ən böyük çay Volqadır. Onun suyunda itkilər mövcuddur. Volqa çayı illik olaraq təxminən 20-25 kub/km su itirməkdədir. Lakin Xəzərin su səviyyəsinin enməsi təkcə bununla əlaqəli deyil, eyni zamanda Kür çayında da su səviyyəsinin kəskin azalması ilə əlaqədardır. Kür çayının suyunun kəskin azalması Xəzər dənizinin su balansına çox mənfi təsir göstərir. Ural çayında suya olan təlabatın xeyli artması da əsas səbəblərdən biridir”, – deyə o bildirib.

Mütəxəssis fikrincə, Xəzər dənizinin su səviyyəsinin azalmasında iqlim dəyişmələrinin də rolu qeyd edilməlidir:

“Umumiyyətlə, bu məsələdə bir sıra tədbirlər görülməlidir. Suya az tələbat olan texnologiyalara keçid, su itkilərinin qarşısının alınması və su itkiləri ilə bağlı olan fəaliyyətlərdən qismən də olsa imtina edilməsi əsas şərtlərdəndir.
Əlbəttə, çayların axımı bərpa olunarsa, Xəzərin su balansı da tədricən bərpa oluna bilər. Burada iqlim dəyişmələrinin da rolunu qeyd etmək lazımdır. Düzdür, bu bir qədər çətin olsa da, getdikcə daha az suya dayanıqlı təsərrüfat qurmalıyıq. Gəmiçilik, sahil yanı ərazilərin idarə olunması, turizm sektorlarında neqativ dəyişmələrin olacağı da istisna edilmir. Fikrimcə, hər bir sektor üzrə geniş proqramlar tərtib olunmalıdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv