!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəzər Media Mərkəzi”ndə Xalq artisti Qurban İsmayılovun ad günü qeyd olundu - FOTO

!Reklam – Yazi

“Xəzər Media Mərkəzi”ndə Azərbaycanın xalq artisti, “Ata ocağı”nın atası Qurban İsmayılovun ad günü qeyd olunub.

“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov Azərbaycanın elm və incəsənət korifeyləri ilə bir ortamda olmaqdan məmnunluq duyduğunu diqqətə çatdırıb:

“İstedadlı teatr və kino aktyorları üçün “Xəzər Media Mərkəzi”nin akt zalında görüş və yaradıcılıq günlərinin keçirilməsi gənc nəsil üçün də çox faydalı olardı. Sizin “Xəzər TV”də yayımlanan “Ata ocağı” serialında iştirakınız bizim üçün çox sevindiricidir. Sizlərin varlığı bu ekran işini qısa vaxtda çox populyar edib”. Aktyora baş direktor təbrik məktubu da təqdim etdi.

Ona göstərilən diqqətdən təsirlənən Qurban İsmayılov, ömrünün 62-ci doğum günündə unudulmaz sürprizlə qarşılaşdığını vurğulayıb: “Bu vaxta qədər belə ad günü qeyd etməmişdim. Bunun üçün sizə və kollektivinizə minnətdaram”.

Azərbaycan kinosunun hazırki vəziyyəti ilə bağlı da fikrini bildirən Qurban İsmayılov, kinoların sayının artırılmasını vacib hesab edir. Onun sözlərinə görə, kinematoqrafiyada istehsalatın kəmiyyətinin artması getdikcə keyfiyyətə də öz təsirini göstərəcək.
Ömrünün 30 ildən çoxunu teatr kimi sənət məbədinə həsr edən xalq artisti səhnədə oynadığı bütün rollarını çox sevərək canlandırdığını bildirib:

“38 yaşımda “Hamlet” obrazını oynamışam, nə arzu ola bilər ki?”

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv