!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzər rayonunda 37 yaşlı qadın itkin düşdü

!Reklam – Yazi

Xəzər rayonunda 37 yaşlı qadın itkin düşüb.

Yenicag.az xəbər verir ki, 1986-ci il təvəllüdlü Musayeva Pərvanə Qadir qızının itkin düşməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə onun yaxınları tərəfindən müraciət edilib.

Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160-sm, saçlarının və gözlərinin rəngi qaradır. Ruhi əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.

Onu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinin 012-590-72-03, 055-207-08-88, 070-270-70-42 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv