!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəzər TV” 16 yaşını qeyd edir

!Reklam – Yazi

Azərbaycanın televiziya məkanında özünəməxsus və xüsusi yeri olan “Xəzər TV”nin efir həyatına başlamasından 16 il ötür.

Yenicag.az xəbər verir ki, 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan “Xəzər TV”də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb.

Fəaliyyətə başladığı dövrdə maddi-texniki imkanlarının az olmasına baxmayaraq, zamanla peşəkar kollektivin, yaradıcı heyətin işgüzarlığı nəticəsində sevilən, rəğbət bəslənən bir telekanala çevrilib.

İlbəil telekanal müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir.

Tamaşaçıların informasiya tələbatına adekvat cavab vermək üçün dünyanın müxtəlif ölkələrində müxbir məntəqələri yaradılıb.

Aparıcı informasiya agentlikləri və kanalları ilə əlaqələr genişləndirilib. Bu da dünyada baş verən hadisələrlə bağlı məlumatların ən qısa zamanda tamaşaçılara çatdırılması üçündür.

Televiziya daxilində davam edən struktur dəyişikliyi də peşəkarlığın artırılması baxımından önəmli hadisədir.

Texniki imkanları daha da genişləndirmək üçün maddi-texniki baza gücləndirilib. Bütün bunlar tamaşaçılarımıza daha keyfiyyətli yayım izləmək imkanı yaradır.

“Xəzər TV” elektron media platformalarında da fəaliyyətini genişləndirib. Televiziya kanalının “Facebook”, “Instagram”, “Twitter”, eləcə də “Telegram” sosial platformasında rəsmi səhifələri aktiv fəaliyyətdədir.

Yenicag.az kollektivi adından “Xəzər TV”nin bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv