!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəzər TV-də aktrisa ilə aparıcı arasında DAVA: “Pulumu ver!”

!Reklam – Yazi

Aktrisa Cəmilə Tağızadə ona qarşı haqsızlıq olunduğunu iddia edib. 

Yenicag.az-a açıqlama verən aktrisanın sözlərinə görə, Xəzər TV-də Xəyalə Quliyevanın aparıcılığı ilə yayımlanan “Bir gün sizdə, bir gün bizdə” proqramında ona qarşı saxtakarlıq edilib:

“Verilişin layihə rəhbəri aktyor Cövdət Şükürov məni qalib edəcəyini söz vermişdi, amma əməl etmədilər. 200 manat mükafat mənə veriləcəkdi, amma verilmədi. Özləri kimi istəyirlər, onu da qalib edirlər. O qədər bacarıqsızdırlar ki, verilişə heç iştirakçı da tapa bilmirdilər. Adamları mən tapıb, beş günlük efirlərini doldurdum. Sonra öyrəndim ki, iştirakçılara günlük pul verilməliymiş, onu da verməyiblər. Tələb edirəm ki, mənim də , iştirakçıların da pulunu versinlər. Günümə 100-150 manat çəkiliş üçün pul ödənilməli idi. Onu da istəmədim, dedim, 200 manat mükafatımı tələb edirəm. İndi amma hamısını istəyirəm, günə 100 manatdan 500 manatımı da gətirib versinlər. Üstəlik bazarlıq üçün 50 manat ayrılır.

Deyirlər ki, ondan artıq olursa, öz cibinizdən verin. Xeyir ola?”.

Aktrisa layihə rəhbərinə müraciət də ünvanlayıb:

“Pulu özün yeyirsən, camaatın pulunu vermirsən. Zəhmət çək, gətir pulumuzu ver”

Aktrisa verilişin prodüseri Anarın da verdiyi sözü tutmadığını qeyd edib.

Cəvahir

www.yenicag.az

1744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv