Xəzərdə 2 nəfər batıb

Bu gün Xəzər dənizində 2 nəfər batıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.

Yenicag.az