Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xəzərdə 3 gündə 4 nəfər batdı

İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində ötən 72 saat ərzində 4 nəfər boğulub.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Mazandaran vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məsud Təqdisi Laricani deyib.

M.T.Laricaninin sözlərinə görə, hadisələr Behşəhr, Babolsər, Mahmudabad və Abbasabad rayonlarında baş verib.

Polkovnik hadisələrin əsasən çimmək üçün qadağan olunmuş ərazilərdə qeydə alındığını qeyd edib:

“16 yaşlı yeniyetmə dənizdə dalğalar yüksək olduğu vaxt, 2 nəfər xəbərdarlıqlara baxmayaraq qadağan olunmuş ərazilərdə çimdiyi üçün, bir nəfər isə üzməyi bacarmadığına görə boğulub”./Trend/

www.yenicag.az

1106