!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə baş verən zəlzələ Qazaxıstanda da hiss olundu

!Reklam – Yazi

İyulun 4-nə keçən gecə Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, zəlzələnin gücü 5,8 bal olub. Eyni zamanda Aktauda 2-3 bal gücündə (MSK-64 şkalası üzrə) yeraltı təkanlar hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən gecə Xəzər dənizində baş verən zəlzələ Azərbaycanda da hiss edilib. Zəlzələnin gücü 5,7 bal olub. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən xəbər yayılıb.

Mənbə: TASS

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv