!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə “əsdiriləcək” “XƏZRİ”: Azərbaycan və Qazaxıstan hansı “təhlükə”ni önləyəcək?

!Reklam – Yazi

“Təlimlər həm də qarşılıqlı təcrübə mübadiləsi yolu ilə hazırlıq səviyyəsinin artırılması məqsədinə xidmət edir”.

Bu sözləri keçirilməsi planlaşdırılan “Xəzri-2023” Azərbaycan-Qazaxıstan birgə hərbi təlimlərinin əhəmiyyətini şərh edən politoloq Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, analoji birgə təlimlərin keçirilməsi sadəcə, hansısa təhlükənin mövcudluğu ilə bağlı deyil:

“Xəzri-2023” birgə taktiki təliminin keçirilməsi ilə bağlı qərar yeni deyil. Bununla bağlı hələ uzun müddət əvvəl Azərbaycanla Qazaxıstan Müdafiə nazirlikləri arasında razlıq əldə olunub və fəalliyyət planı təsdiqlənib.

İstər Xəzəryanı ölkələr, istərsə də Türk Dövlətləri Təşkilatının üzvü olaraq Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlıq qurulduğu kimi, hərbi sferada da uzun illərdir ki, qarşılıqlı işbirliyi mövcuddur. O baxımdan, bundan əvvəl də Xəzər dənizində ikitərəfli və çoxtərəfli birgə təlimlər təşkil olunub.

Məsələn, 2015-ci ildə üçtərəfli Azərbaycan-Qazaxıstan-Rusiya, 2021-ci ilin avqustunda isə dördtərəfli Azərbaycan-Qazaxıstan-Rusiya-İran birgə təlimləri keçirilib. Biz eyni şəkildə digər ölkələrlə – Türkiyə, Pakistan, İsrail kimi dövlətlərlə də birgə hərbi təlimlər gerçəkləşdiririk.

Bu il iyulun sonu, avqustun əvvəlində Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təsdiqlənmiş 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planına əsasən, Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimləri keçirildi.

Belə təlimlərin təşkili sadəcə, hansısa təhlükənin yaranması ilə bağlı deyil. Təhlükənin mövcudluğundan asılı olmayaraq, istənilən vəziyyətə hər zaman hazır olmaq lazımdır. Çünki təlimlər yalnız bu və ya digər ölkənin güc nümayişi anlamına gəlmir, bu, həm də qarşılıqlı təcrübə mübadiləsi yolu ilə hazırlıq səviyyəsinin artırılması məqsədinə xidmət edir.

Elə Xəzər dənizinin Azərbaycan sektorunda keçiriləcək “Xəzri-2023” təlimlərinin də hər iki ölkənin hərbçiləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyi şübhəsizdir”.

Səxavət Məmməd

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv