!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə ölü suitilərin aşkarlanması araşdrılır

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzərin şimal sahillərində suiti cəsədləri aşkar edilməsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, suitilərin ölüm səbəbləri araşdırılır: “Analizlər götürülüb. AQTA tərəfindən götürülən analizlər laboratoriyalarda yoxlanılır. Hələ cavablar yoxdur”.

Xidmət rəisi qeyd edib ki, Rusiya mütəxəssisləri ilə də bu barədə fikir mübadiləsi aparılıb: “Onlar suitilərin zəhərlənmədən ölməsi ilə bağlı rəy verirlər. Amma suiti cəsədlərində hər hansı xəsarət halları aşkarlanmayıb. Analizlərin cavablarından sonra səbəb barədə ictimaiyyətə məlumat veriləcək”.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv