!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə qanunsuz balıq ovlayan 7 nəfər SAXLANILDI

!Reklam – Yazi
Xəzər dənizində qanunsuz balıq ovunun edilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokuroruğun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu etmiş şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar oldunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu etmiş şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1.760 və 6.820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv