Xəzər dənizində zəlzələ olub.
Yenicag.az bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 00:04-də 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 60 km dərinlikdə yerləşib.
www.yenicag.az