!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərin suyu kəskin azalır - Hansı çətinliklər yarana bilər? / VİDEO

!Reklam – Yazi

Son bir neçə ildir ki, Xəzər dənizində suyun səviyyəsin azalması müşahidə olunur. Paytaxtla yanaşı Xəzarsahili bölgələrdə də bu açıq aydın müşahidə olunur.

Bəs elə isə gələcəkdə azalmanın yarada biləcəyi çətinliklər nədən ibarət ola bilər?

Suda üzə çıxan sal daşlar burada bir vaxtlar mövcud olmuş evlərin bünövrəsidir. Belə ki, 80-ci illərdə Xəzər sularının kəskin artması nəticəsində burada olan evlər suya qərq olmuşdu. Son bir il ərzində isə dənizin suyunun tədricən azlaması nəticəsində daşlar üzə çıxmağa başlayıb.

Lənkəranda dənizin dayaz və dərin yerlərindən asılı olaraq Xəzər sularının sahildən 5 metrdən 40 metrə, hətta daha çox geri çəkilməsi müşahidə olunur. Bəzi yerlərdə isə təkcə bir il ərzində üzə çıxan ucsuz-bucaqsız qumsal əraziləri açıq aydın görmək olar. Bütün bunlar hələ ki, çimərlik mövsümünə hazırlaşan obyekt sahiblərinin işini çətinləşdirir.

Mütəxəssilər hələ ki Xəzər dənizində suyun səviyyəsinin azalmasının ətraf mühit üçün təhlükəli həddə olmadığını hesab edirlər. Lakin proses mütəmadi davam edərsə, gələcəkdə xüsusi ilə də Xəzərsahili ölkələrdə dəniz limanlarının fəaliyyətinə ciddi təsir edə bilər. Bundan əlavə dənizin quruya çıxan ərazilərinə hər hansı bir şəkildə müdaxilə etmək və ya tikinti işləri aparmaq da son dərəcə təhlükəlidir.

Ekspert Samir Salayev bildirib ki, həmin ərazilərdə sabit, deyək ki, 70 – 80 – 100 illiyə hesablanmış infrastruktur qurmaq məsləhət görülmür: “Xəzər dənizi sabit deyil, irəliyə gələ bilər. Həmin xərclər demək olar ki, itirilə bilər”.

Bəs elə isə müxtəlif vaxtlarda Xəzər dənisinin səviyyəsinin dəyişməsinin səbəbləri nədir?

Araşdırmalar göstərir ki, heç də bütün bunlar yağıntılar və dənizi qidalandıran çayların səviyyəsindən asılı deyilmiş. Xəzərin mürəkkəb coğrafi dib relyefi də buna təsir edən amillərdəndir.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv