!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xidmət sektorunda ÇATIŞMAZLIQ: "Bu halda problemlər qaçılmazdır"

!Reklam – Yazi

“Peşə bilikləri zəif olan yerdə problemlər qaçılmazdır”.

Bunu sosial xidmət sahələrində yaranan narazılıqların həlli yollarından danışarkən Hotellər və Restoranlar Assosiasiyanın sədri Samir Dübəndi Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ictimai iaşə sahəsi fəaliyyətini tənzimləyən normativ-hüquqi baza olduqca zəifdir:

“Yaranmış vəziyyət geniş müzakirə mövzusudur. Bir sıra təkliflər olunsa da, təcrübi addımlar müşahidə etməmişik. Bir çox məsələlərin tənzimlənməsində boşluqlar var. Bir sıra hallarda biz ya qaydaların tədbiqində göz yumulma halı ilə üzləşirik, ya da zəruri sertifikatların heç bir standarta cavab verməyən müəsissələrə verilməsini müşahidə edirik.

Problemlər insanların peşəkarsızlığından yaranır. Peşə bilikləri zəif olan yerdə problemlər qaçılmazdır. Bu sahədə təhsil almaq istəyənlər çox azdır. İşə götürənlər peşəkar kadr hazırlayan tədris ocaqlarına çox az hallarda müraciət edir. İşçi daha çox iaşə obyektinin dərc etdiyi elanla axtarılır.

Misal olaraq, ölkə üzrə minlərlə dönərçi fəaliyyət göstərir. Bəs onlar harada təhsil alıblar? Bu işi necə öyrəniblər? Gördüyünüz kimi bu suallar hələ də cavabını tapmayıb. İaşə obyekti sahibi və çalışanlarının qida təhlükəsizliyi bilikləri olmalıdır. SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) qaydalarını bilməli, menyuların və servis haqlarının düzgün tənzimlənməsini bacarmalıdırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv