!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XII Çağırış Kubokunun seçim turları yekunlaşdı - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Gənclər Fondunun dəstəyi və «Xəzər İntellektual Gənclər Klubu»-nun təşkilaçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə XII Çağırış Kubokunun seçim turlarına yekun vurulub.  

Offsideplus.az xəbər verir ki, seçim turları Gəncə, Quba və Bakı şəhərlərini əhatə etməklə 50-dən artıq komanda arasında təşkil edilib. Seçim turlarında müxtəlif ali məktəblərin tələbələrindən ibarət komandalar yarışıb. Rəqiblərindən üstün oyun nümayiş etdirən 33 komanda final oyununa vəsiqə qazanıb.

XII Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Turnirlə bağlı bütün suallara cavabları klubun sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.

 

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv