!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN başçıları Berlində toplanır

!Reklam – Yazi

Almaniya, Fransa, Rusiya və Ukrayna xarici işlər nazirləri Berlində görüşəcək.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, 11 iyunda baş tutacaq görüşdə Ukraynada baş verən son proseslər müzakirə olunacaq.

“Normandiya dörtlüyü” adlanan diplomatik qrup Ukraynanın şərqindəki gərginliyin tezliklə aradan qaldırılması üçün fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, 29 mart 2018-ci ildə əldə olunan sonuncu razılaşmadan sonra atəşkəs 2 min 500 dəfə pozulub, 14 ukraynalı əsgər ölüb, 67-si isə yaralanıb.

www.yenicag.az

7178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv