Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında növbəti səkkizinci görüş oktyabr ayında Tbilisi şəhərində keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə E.Məmmədyarov və D.Zalkaliani arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə bildirilib.
Görüşdə üçtəfəli görüşlə bağlı təşkilatı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.
Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub./Report/